Formula-1-ə görə bağlanan yollar açıldı

Formula-1-ə görə bağlanan yollar açıldı

Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar yollara tətbiq edilən məhduddiyyət aradan qaldırılıb. Bunu nəzərə alaraq istiqaməti dəyişdirilən 17 müntəzəm marşrut xətti (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) üzrə avtobusların əvvəlki sxem üzrə fəaliyyət göstərməsi üçün iş aparılır.

Bakı Nəqliyyat Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, proses tədricən həyata keçirilir. 01.05.2018 tarixindən isə qeyd edilən xətlər üzrə avtobuslar tam olaraq əvvəlki sxem üzrə sərnişinlərə xidmət edəcək.

Eyni zamanda 5A adı alıtnda fəaliyyət göstərən müvəqqəti marşrut xəttinin də fəaliyyətinə xitam verilib və Lökbatan Dairəsi-28 may istiqamətində 125 nömrəli avtobuslar sərnişinlərə xidmət edəcək.

Share: