Xəzər rayonunda 5 otaqlı ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: