Ağsuda üçotaqlı ev yanıb

Ağsu rayonunun Ərəbmehdibəy kəndində ferma ərazisində ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a bildiriblər ki, nəticədə evin 81 kvadratmetrlik hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Share: