Formula1 üzrə Çin Qran-prisi bu il keçirilməyə bilər.
Report-un məlumatına görə, Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin koronavirusun aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Beləliklə, yarışın təşkilinə yerli hakimiyyət rəsmən icazə verməyib.
Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Formula-1 rəhbərliyi hələ mərhələnin ləğvi və ya təxirə salınması ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, daha öncə Formula-E çempionatında Çin Qran-prisi ləğv edilib.