Artetanın “qara siyahı”sı – Özil də var

“Arsenal” yay transferi pəncərəsində heyətində bəzi dəyişikliklər etməyə hazırlaşır.

Qol.az “The Sun”a istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Arteta yayda yarımmüdafiəçi Məsut Özil, hücumçular Aleksandr Lyakazett və Pyer-Emerik Obameyanqla yolları ayırmağı planlaşdırır.

Bildirilir ki, ispan mütəxəssis komandanın hazırkı vəziyyətindın narazıdır. Buna görə də o, yayda heyətdə yeniliklər etməyi düşünür.

Xəbərdə  David Luis və Şkordon Mustafinin də M.Artetanın uzun müddət komandada görmək istədiyi futbolçular arasında olmadığı vurğulanıb.

Share: