Qubaya yağan qara möhtəşəm görüntülərə səbəb olsa da, Xınalıq kəndinə gedən yolu bağlayıb.
Milletinsesi.az xəbər veri ki, kəndin yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ərazidə növbə çəkən əməkdaşları tərəfindən açılıb.
Mövzu ilə bağlı açıqlama verən agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib:
“O yolda həmişə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki qreyderi hazır dayanır. Biri Quba yolu tərəfdən, biri isə Xınalıq yolu tərəfdən. Problem olan kimi müdaxilə olunur. Bu görüntülər də yolda qarın təmizlənməsi zamanı çəkilib”.