BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Fevral 25 2020
Son xəbərlər
Ana səhifə / Təhsil / Birinci sinfə şagird qəbulu qaydası dəyişdirilir

Birinci sinfə şagird qəbulu qaydası dəyişdirilir


Bu ildən başlayaraq, dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

Milletinsesi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.