Bakıda axtarışda olan 10 nəfər tutuldu

Bakı Şəhər Baş Polis İdarəsi ötən gün paytaxt ərazisində qeydə alınan cinayət hadisələri barədə statistanı açıqlayıb.

Milletinsesi.az idarəyə istinadən xəbər verir ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də 7 cinayətin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 10 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 1, oğurluq üzrə 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Share: