BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Fevral 25 2020
Son xəbərlər
Ana səhifə / Flaş / WhatsApp-da qaranlıq rejimi necə istifadə edilir

WhatsApp-da qaranlıq rejimi necə istifadə edilir


Feysbukun mesajlaşma tətbiqi WhatsApp-da test versiya (beta) olan qaranlıq rejimi artıq aktivləşib. Hələ iPhone (iOS) istifadəçiləri üçün mövcud olmayan qaranlıq rejim hazırda Android Beta istifadəçiləri üçün əlçatandır. Qaranlıq rejimin gəldiyi versiyanın kodu 2.20.13-dür.

Milletinsesi.az ted.az-a istinadən bildirir ki, Android istifadəçiləri Google Play Store-dakı WhatsApp tətbiqi səhifəsinə keçərək, Beta proqramına qoşula bilərlər. Onu da bildirək ki, tətbiqin beta prosesinə qoşulmasında məhdudiyyətlər var. Çünki kifayət qədər test istifadəçisi var.

WhatsApp qaranlıq rejimindən necə istifadə olunur? (Android)

WhatsApp Beta tətbiqini yükləyin və quraşdırın;

WhatsApp tətbiqini açın;

Hesabınıza daxil olun;

Sağ yuxarı küncdəki üç nöqtəyə toxunun;

Parametrlər menyusunu açın;

Ekran başlığı altındakı Rejim seçiminə toxunun;

Açılan pəncərədə Qaranlıq rejimini seçin.

Əgər yuxarıdakı proseslərdə Parametrlər menyusunda Rejim seçimi görünmürsə, bu, hələ müvafiq yeniləməni almamaq deməkdir. Bunu etmək üçün Google Play Store-dakı WhatsApp səhifəsinə keçin, ekranı aşağıya doğru sürüşdürüb 5 ulduzlu reytinq bölməsinin altındakı Beta başlığına baxın və sınayıcı olub-olmadığınızı yoxlayın. Əgər WhatsApp Beta istifadəçisi deyilsinizsə, aşağıdakı APK versiyasını yükləyə bilərsiniz.

Qeyd: APK üsulu ilə WhatsApp Beta tətbiqini istifadə etdiyiniz zaman rəsmi  Beta istifadəçisi olmadığınız üçün tətbiqetmədə bəzi problemlər yarana bilər. Beta versiyası sınaq mərhələsində olduğu üçün tətbiqi yükləməzdən öncə WhatsApp mesajlarınızı nüsxələyin.

WhatsApp qaranlıq rejimi haqqında vacib məlumat:

Əslində WhatsApp qaranlıq rejimi digərlərindən fərqlidir. Məsələn, Instaqram, Google Play Store, Gmail kimi tətbiqlərdə qaranlıq rejim əməliyyat sisteminə daxil edilmiş parametrlərdən açılır. WhatsApp isə əməliyyat sistemindən asılı olmayan bir mövzu seçimi təklif edir.