Azərbaycanda ani ödəmə sistemləri işə salınacaq

Azərbaycanda ani ödəmə sistemləri işə salınacaq

Azərbaycanda bu il ani ödəmə sistemləri, blokçeyn və QR kod üzrə ödəmələr daxil olmaqla bir neçə yeni texnologiya işə salınacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İnformasiya texnologiyaları departamentinin direktor Fərid Osmanov Bakıda “Visa” beynəlxalq kart təşkilatının, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB), “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən “Visa Cashless: Driving the future” forumunda deyib.

Onun sözlərinə görə, artıq yaxın zamanlarda server ödənişləri işə salınacaq ki, bu da ödəmələrin 24/7 rejimində ani işlənməsini və reallaşmasını təmin edəcək və bütün bu prosesə 5-10 saniyə vaxt gedəcək.
F.Osmanova onu da qeyd edib ki, hazırda departament blokçeyn texnologiyasının yaxın aylarda tətbiq olunması üzərində işləyir.

Share: