“Koronavirusun qripdən əsas əsas fərqi alt tənəffüs orqanlarına keçib, sətəlcəm yaratma özəlliyidir”.
Sfera.az xəbər verir ki, bu sözləri həkim-infeksionist Fərrux Sədirov “Hədəf” verilişində koronavirusun xüsusiyyətləri barədə danışarkən deyib.
Mütəxəssis qeyd edib ki, bu virusun əsas əlamətləri 38 dərəcədən yüksək olan qızdırma, baş ağrısı və burun tıxanıqlığıdır:”Bu virusa yoluxanların cəmi 5 faizində xəstəlik ağırlaşır. 81 faiz onu yüngül, 14 faiz isə orta ağır keçirir”.