İtaliya A Seriyasının 26-cı turunda bu həftə keçiriləcək 5 oyun koronavirusun yayılması təhlükəsinə görə təxirə salınıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, həmin görüşlər “Udenize” – “Fiorentina”, “Milan” – “Genoa”, “Parma” – SPAL, “Sassuolo” – “Breşia” və “Yuventus” – “İnter” matçlarıdır.
Qarşılaşmaların mayın 13-də keçiriləcəyi bildirilib.