Bakıda 26 yaşlı qadın pnevmaniyadan dünyasını dəyişib.
TƏBİB-dən Milletinsesi.az-a verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
“Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmaniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq”.