Almaniyanın cənubundakı Bavariya federal torpağında fövqəladə vəziyyət elan edilib.
Bunu federal torpağın baş naziri Markus Zeder deyib.
O bildirib ki, fövqəladə vəziyyət bölgədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə elan edilib və dərhal qüvvəyə minir.
Qeyd edək ki, bu günədək Almaniyada koronavirusa yoluxanların sayı 6 215 nəfərə çatıb. 13 nəfər virusun qurbanı olub.