Rusiya Müdafiə Nazirliyi sovet idarəolunan aviasiya raketlərini təmir etməyi planlaşdırır.
Milletinsesi.az xəbər verir ki, Moskvanın köhnə raketlərin təmirinə 150 milyon rubl xərcləyəcəyi bildirilib.
Təmir olunacaq raketlər R-33 və R-27-dir. Raketlərin təmiri gələn ilin noyabrına qədər başa çatacaq.
Qeyd edək ki, R-27 orta mənzilli, R-33 uzaq mənzilli “hava-hava” tipli raketlərdir.