Hindistanın Uttar Pradeş ştatında yeni doğulan qız uşağına koronavirusun şərəfinə Korona adı verilib.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Dessan Herald” portalı yayıb.
Məlumata görə, körpənin valideynləri mətbuata açıqlama verərək, Koronanın insanların virusla mübarizədə birliyinin simvolu olacağına inandıqlarını deyiblər.
Portal Koronanın Hindistanda komendant saatının tətbiqindən bir neçə saat əvvəl doğulduğunu bildirib. Onun səhhətinin normal olduğu vurğulanıb.