Dünyanın ən çox əhalisinə sahib ikinci ölkəsi olan Hindistanda Baş nazir Narendra Modi vətəndaşlara 21 gün evlərindən çölə çıxmağa qadağa qoyub.
Sondakika.com xəbər verir ki, baş nazir bu qadağanı koronavirusepidemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə etdiyini açıqlayıb.
O, insanlardan bir-birilərindən uzaq qalmaqlarını istəyib.
Bunun tək çıxış yolu olduğunu vurğulayan Modi mərkəzi hökumət və əyalətlərin əsas ehtiyaclarını təmin etmək üçün səhiyyə sektorunun infrastrukturunu gücləndirmək məqsədilə iki milyard dollar ayrıldığını deyib.
Qeyd edək ki, 1,3 milyard insanın evlərindən çölə çıxmasının qadağan olunduğu Hindistanda koronavirus səbəbindən indiyə qədər 10 nəfər həyatını itirib.