Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu

Koronavirusa yoluxan ilk şəxsin kimliyi artıq müəyyən olunub.

Bu barədə “RİA Novosti” Çin mətbuatına istinadla xəbər yayıb.

Bildirilir ki, Vey soyadı olan qadın Uhan şəhərində “Hunan” bazarında canlı xərçəng satıcısı işləyib.

2019-cu ilin dekabrın 11-də naməlum səbəbdən onun temperaturu yüksəlib və o, klinikaya müraciət edib.

Satıcının sözlərinə görə, adətən, soyuqdəymə zamanı o, xəstəxanaya müraciət edir, orada ona iynə vurulur, səhəri isə onun vəziyyəti düzəlirdi.

Lakin həmin vaxt hətta iki iynə belə ona kömək etməyib. Dekabrın 16-da Vey Xuaçjun Elm və Texnologiyalar Universitetinin”Sehe” xəstəxanasına müraciət edib.

Sonradan məlum olub ki, o, “Hunan” bazarında koronavirusa yoluxduğu təsdiqlənmiş ilk şəxsdir. Ehtimal edilir ki, məhz bu bazar infeksiyanın yayılmasının mənbəyi olub. Lakin mütəxəssislər hələ də müəyyən edə bilməyib ki, virus necə və hansı vəziyyətdə daşıyıcı heyvandan insana keçə bilib.

Dekabrın 31-də Uhan Səhiyyə Komitəsi ilk yoluxma qrupunda 27 nəfərin olduğunu bəyan edib. Jurnalistlər həmin şəxslərin siyahısını araşdırarkən onlardan 24-nün “Hunan” bazarı ilə əlaqəli olduğunu öyrəniblər.

Çin KİV-i, eyni zamanda, “Hunan”la əlaqəsi olmadığı halda yoluxan ilk şəxsi müəyyən edib. Məlum olub ki, ötən ilin dekabr ayının 16-da Çen soyadlı kişinin temperaturu yüksəlib və o, Uhan yaxınlığında xəstəxanaya müraciət edib. O vurğulayıb ki, ailə üzvləri, həmçinin, onu xəstəxanaya aparan şəxs sağlamdır.

Share: