Almaniyada koronavirusa yoluxan ilk peşəkar futbolçu sağaldı

Almaniyada koronavirusa yoluxan ilk peşəkar futbolçu Timo Hyubers (“Hannover”) sağalıb.

Qol.az ikinci Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin dünən verdiyi iki koronavirus testi neqativ çıxıb. Hyubersin karantini tərk edərək norma həyata qayıtdığı bildirilib.

“Mən qaçışı və sərbəst dolaşmağı səbirsizliklə gözləyirəm. Əlbəttə ki, təmaslardakı ümumi məhdudiyyətlərə riayət edəcəyəm” – deyə o söyləyib.

Share: