WhatsAppda yenilik – Məlumatların doğruluğunu yoxlamaq mümkün olacaq

Koronavirusla bağlı yalan məlumatların əsasən Whatsapp vasitəsilə yayılması sosial şəbəkəni bir sıra yeniliklərin tətbiqini labüd edib.

Milletinsesi.az ted.az-a istinadən bildirir ki, WhatsApp məlumatların doğruluğunun təsdiqlənməsi üçün yeni axtarış butonunu istifadəyə verəcək. Bu, göndərilən məlumatın yanında, kiçik lupa ikonu şəklində olacaq. Onun üzərində vurduqda göndərilən məlumatı sürətli şəkildə axtarmaq mümkün olacaq.

Share: