Ukraynada karantinlə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıla bilər

Ukraynada hər bir vətəndaş müəyyən edilmiş karantin rejiminə əməl edəcəyi təqdirdə, mayın ikinci yarısında bəzi məhdudiyyətlər aradan qaldırıla bilər.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Hesab edirik ki, mayın ortalarından ölkə normal həyat tərzi sürməyə başlayacaq, yaya doğru bütün məhdudiyyətlər götürüləcək”, – məlumatda qeyd edilib.

Bildirilir ki, ilk mərhələdə iqtisadi məhdudiyyətlər götürüləcək, sonra gənclər üçün karantin rejimi aradan qaldırılacaq.

Karantindən ziyan çəkən vətəndaşlara isə maliyyə yardımı paketi hazırlanır.

Share: