İsveçrənin “Sion” klubu yollarını ayırdığı futbolçusu Yohan Djuru tərəfindən məhkəməyə verilib.
Qol.az xəbər verir ki, buna 33 yaşlı futbolçu ilə müqavilənin ləğv edilməsi səbəb olub. “Sion” Djurunun koronavirus pandemiyasına görə maaşının azaldılmasına razı olmadığı üçün bu addımı atıb.
İsveçrə millisinin sabiq müdafiəçisi isə bu qərarla razılaşmayıb və klubu məhkəməyə vermək qərarına gəlib.
Futbolçu yerli mətbuata verdiyi açıqlamasında pul hərisi olmadığını, sadəcə, haqqının tapdalanmamasına çalışdığını bildirib. O, məhkəmədə qalib gələcəyi halda, alacağı təzminatı yardım fondlarından birinə bağışlayacağını da açıqlayıb.
Qeyd edək ki, Djuru ilə yanaşı, daha 8 futbolçunun müqaviləsinə xitam verilmişdi.