Bu il martın 12-də Bakıda start götürən, ancaq yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib.
Qol.az Beynəlxalq Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsi yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyini bildirib.
Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək.
Qeyd edək ki, Dünya Kuboku martın 13-də koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 – 15 martda final mərhələləri keçirilməli idi.