Adi duz koronavirusla mübarizədə yardım edir

Saglamolun.az vesti.ru-ya istinadla bildirir ki, Rusiya Səhiyyə Nazirliyi koronavirusla mübarizədə adi xörək duzundan istifadə etməyi tövsiyyə edir.

Nazirliyin mütəxəssisləri bildirir ki, duzlu su ilə burunun selikli qişasını nəmləndirmək çox yaxşı profilaktik təsir edir.

Duzlu su antiseptik təsir edir və həmçinin selikli qişalarının funksiyalarını bərpa edir. Selikli qişaların nəm olması çox vacibdir. Yalnız bu halda onlar bizi virus və mikrobların orqanizmə düşməsindən qoruya bilər.

Burunu yumaq üçün apteklərdə satılan duz məhlulları əsasında burun damcıları və spreyləri istifadə etmək olar.

Həmçinin belə məhlulu evdə də hazırlamaq olar. 1 l qaynanmış suya 1 ç.q. adi xörək duzu əlavə olunur, qarışdırılır (duz tam əriməlidir) və çöldən evə qayıdanda və ya selikli qişalar quruyanda istifadə etmək olar.

Share: