Moldovada koronavirusla bağlı bəzi məhdudiyyətlər aradan qaldırıla bilər

Moldovada aprelin sonu – mayın əvvəlində koronavirusla bağlı iqtisadi fəaliyyətə dair bəzi məhdudiyyətlər aradan qaldırıla bilər.

Bu barədə Moldova Prezidenti İqor Dodon yerli telekanala müsahibəsində məlumat verib.

Prezidentin sözlərinə görə, ancaq bu qərar aprel ayının sonunda ölkədə koronavirusla bağlı vəziyyət dəyərləndirildikdən sonra veriləcək. İ.Dodon əhalini qoyulan qadağalara ciddi əməl etməyə çağırıb və bildirib ki, kütləvi yoluxma faktı aradan qalxmasa, məhdudiyyətlər ləğv edilməyəcək.

Prezident, həmçinin vurğulayıb ki, koronavirusla bağlı Çin, ABŞ, Rusiya, Türkiyə və İsveçrə Moldovaya humanitar yardım edib.

Share: