Bakıda avtomobillərdən və evlərdən oğurluq edən şəxslər tutulublar

Bakıda avtomobillərdən və evlərdən oğurluq edən şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, aprelin 5-də T.Mikayılovun “Mercedes” markalı avtomobilini qaçırmaqda, “Renault” və “Mercedes” markalı 2 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları isə martın 29-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində 3000 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.Şirxanovu yaxalayıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Share: