Dünyanı bürüyən koronavirusun insanın bir çox daxili orqanına zərər verdiyi məlum olub.
Sondakika.com xəbər verir ki, Çin və ABŞ alimlərinin araşdırmalarının nəticələrinə görə, virus ancaqağciyər, beyin və sinir sisteminə zərər vurmur.
Eyni zamanda, ürək, böyrək, qaraciyər və bağırsaqları da zədələyir.
Məlum olub ki, koronavirus ürək əzələsinin iltihabı və bu orqanın qəfildayanmasına səbəb olacaq ritm pozulması yarada bilər.
Bundan başqa, mütəxəssislər koronavirus bitdikdən sonra dünyada insanların psixoloji xəstəliklərinin artacağını da proqnozlaşdırırlar.