PSJ-də icarə əsasında çıxış edən Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər.
Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, “Atletiko” argentinalı hücumçu ilə maraqlanır. Madrid klubunun baş məşqçisi Dieqo Simeonenin artıq 27 yaşlı oyunçunun agenti ilə əlaqə saxladığı bildirilib. İkardinin də PSJ-də qalmağı düşünmədiyi vurğulanıb.
Qeyd edək ki, müqavilə ilə “İnter”ə məxsus olan İkardi bu mövsüm 31 matçda 20 qol vurub.