Belarusda koronavirusdan 42 nəfər ölüb

Belarusda koronavirusdan ölənlərin sayı 42-ə çatıb.

Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 4779 nəfərdir, bunlardan 342 nəfəri tam müalicə olunaraq evə buraxılıb.

Məlumata görə, koronavirus səbəbindən ölən şəxslərdə xroniki xəstəliklər mövcud olub.
İndiyədək Belarusda koronavirusla bağlı 89 minə yaxın test aparılıb. Testlərin aparılması üçün ölkədə 24 laboratoriya fəaliyyət göstərir.

Share: