“Tottenhem” Poçettinodan təzminat endirimi istədi

“Tottenhem” təzminat ödədiyi sabiq baş məşqçisi Maurisio Poçettinodan ödəmənin azaldılmasını istəyib.

Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, London klubu koronavirus səbəbindən yaranan maliyyə problemi səbəbindən bu təkliflə argentinalı mütəxəssisə müraciət edib.

Poçettino yeni klubla razılığa gələnə kimi “Tottenhem” ona illik 8.5 milyon funt sterlinq ödəməlidir.

Premyer Liqa rəhbərliyinin eyni təklifi hazırkı baş məşqçi Joze Mourinyoya da edəcəyi bildirilib. Ancaq portuqaliyalı çalışdırıcının maaş endiriminə müsbət baxmadığı iddia olunur.

Share: