Mayın 10-dan dərslər başlayır? – Rəsmi cavab

Təhsil Nazirliyi mayın 10-dan orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri üçün tədrisin başlanılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Milletinsesi.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında mayın 10-dan yuxarı sinif şagirdləri, yəni 9, 10 və 11-ci sinif şagirdləri üçün orta məktəblərdə tədrisin başlanılacağı barədə hər hansı qərarın verilmədiyini deyib:

“Təhsil Nazirliyində belə bir məlumat yoxdur. Bu barədə qərarın verilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. İnsanları yalnız rəsmi mənbələrin məlumatlarına inanmağa çağırırıq”.

 

Share: