Ukraynada karantin rejimi mayın 11-dək uzadılıb

Ukraynada koronavirusla bağlı karantin rejimini mayın 11-dək uzadılıb.

Bu barədə Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Ukraynada karantin dövrü aprelin 24-də başa çatırdı. Koronavirusa yoluxmada artım müşahidə edildiyindən, onun müddətinin uzadılması qərara alınıb. Ukraynada koronavirusa yoluxma ilə bağlı pik vəziyyətin aprelin sonu mayın əvvəlində olacağı proqnozlaşdırılır.

Share: