Bu marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Bu marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqamətini dəyişdirib.

Milletinsesi.az xəbər verir ki, qurumun Mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Xocasən yolunda gedən təmir işləridir: “Hazırda 596 saylı marşrut xətti üzrə avtobuslar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı Meyvəli bazarından alternativ Yeni Yasamal yolu ilə Biləcəri dairəsi üzrə hərəkət edərək yollarına davam edirlər”.

“Bir neçə gün davam edəcək təmir işlərinin yekununda həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait təmin ediləcək”,- N.Allahyarova əlavə edib.

Share: