4 ölkə sərhədlərini açır: bu şəxslərə icazə veriləcək

Avstriya Almaniya ilə koronavirus pandemiyası səbəbilə bağlanan sərhədlərini açır.

Milletinsesi.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə Avstriyanın Turizm naziri Elizabet Kostinger açıqlama yayılıb.

Nazir bildirib ki, ölkələr arasında əldə olunan razılaşmaya əsasən, 15 iyundan etibarən sərhədlər açılacaq. Onun sözlərinə görə, ilk mərhələdə ailələrin ziyarətinə və iş səyahətinə icazə veriləcək.

Qeyd edək ki, Vyana hökuməti bənzər addımı İsveçrə və Lixtenşteynlə birlikdə atmağa hazırlaşır.

Zümrüd

Share: