Koronavirusun ağır siyasi nəticələri olacaq – Çubays

Koronavirusa görə yaranan böhranın nəticələri yoxsul insanlara güclü təsir göstərəcək.

Milletinsesi.az xəbər verir ki, bunu “Rosnano”nun rəhbəri Anatoli Çubays deyib.

“Milyonlarla insan həyat səviyyəsinin ağır şəkildə azalmasıyla toqquşacaq. Bu, xüsusilə, ən müdafiəsizlər, ən yoxsullar üçün ağrılı olacaq. Adını bilmədiyim biri çox doğru deyib. Zənginlər daha az zəngin, orta sinif daha az olacaq, yoxsullar isə çox yoxsul olacaqlar. Bu, bütün tarixin ən ağır hissəsidir. Dünya üçün zərbə çox ağır və çox ciddi olacaq. Siyasi nəticələri isə dəqiq şəkildə olacaq”, – deyə o bildirib.

Share: