Dəmir yollarının kənarları dəmir barmaqlıqlarla hasarlanır.
Milletinsesi.az xəbər verir ki, artıq bir neçə həftədir dəmir yolları boyunca dəmir barmaqlıqlar çəkilib. Dəmir hasarlar xüsusilə yaşayış evlərinə yaxın olan relslərin kənarına vurulub.
Təhlükəsizlik baxımından atılan addım əhali tərəfindən də yüksək qiymətləndirilib. Yaşayış yerlərinə yaxın olan dəmir yolu relslərinin üzərinə vətəndaşların tez-tez çıxması, yolu qadağan edilmiş yerdən keçərkən qatarın gəldiyinə önəm verməməsi çox vaxt təhlükəli vəziyyət yaradırdı. Belə hallar bəzən ölümlə də nəticələnirdi.
Həmçinin küçə heyvanlarının dəmiryol xətlərinin üzərinə çıxması ilə də tez-tez rastlaşırıq.
Məhz bütün bunların qarşısını almaq məqsədilə dəmir yollarının kənarları hasarlanır.