“Google” yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb

“Google” şirkəti smartfonlar üçün yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb.

“Android 11” əməliyyat sisteminin təqdimatı iyunun 3-də baş tutmalı idi.

Təxirə salmanın səbəbləri açıqlanmasa da, bu addımın ABŞ-da davam edən etiraz aksiyaları ilə atıldığı ehtimal edilir.

Təqdimat mərasiminin qeyri-müəyyən müddətə təxirə salındığı deyilir.

Share: