Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK
Azərbaycanda həyat yoldaşını (arvadını) evdən çölə çıxmağa qoymamaq, onu qəsdən sosial mühitdən təcrid etmək və davranışını zorla idarə etmək məişət zəminində psixi zorakılıq hesab olunur.
Millətin Səsi.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, məişət zəminində psixi zorakılıq törədilməsinə görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur.
Bu norma yalnız əməl Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaratmadıqda tətbiq edilir.
Share: