Mingəçevirdə “Mercedes” markalı avtomobil altı nəfəri vurub, bir nəfər ölüb

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşublar. Zərbənin təsirindən idarəetməni itirmiş “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış altı nəfəri vurduqdan sonra elektrik dirəyinə dəyib. Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölüb, şəhər sakinləri olan beş nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Mingəçevir şəhər polis şöbəsi tərəfindən araşdırma aparılır.

Share: