Ukraynada koronavirusdan daha 10 nəfər ölüb

Ukraynada son sutkada koronavirusa 753 yoluxma faktı qeydə alınıb, 10 nəfər ölüb, 409 nəfər isə sağalıb.

Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 30 min 506 nəfərə çatıb.

Bu virusdan ölənlərin sayı 880 nəfərdir. Yoluxanlardan 13 min 976-sı müalicə olunaraq evə buraxılıb. Virusa yoluxanların 58 faizi qadınlardır.

Share: