Ebru Gündeş “O səs Türkiyə”yə geri dönür

Müğənni Ebru Gündeş 3 il fasilədən sonra yenidən “O səs Türkiyə”yə qayıdır.

Milletinsesi.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı çəkilişlərdən həftədə 180 min lirə qonorar alacaq.

Gündeş yarışmanın münsif kürsüsündən 2017-ci ildə ayrılmışdı. 3 il ərzində heç bir layihədə yer almayan Ebru onu əvəvzləyən Seda Sayan getdikdən sonra geri qayıtmağa razılaşıb.

Qeyd edək ki, Seda Sayan, Hadise və Murad Boz yarışmadan hər bölüm üçün 70 min lirə qonorar alırdı. Beyazıt Öztürk isə 90 min lirə qazanırdı.

Share: