Türkiyədə ali məktəblərə və liseylərə keçiriləcək qəbul imtahanları günlərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma riskinin artmasının qarşısını almaq məqsədilə iyunun 20, 27 və 28-də sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, karantin rejiminə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirəcək.
Qərara əsasən, iyunun 20-də Türkiyə vaxtı ilə saat 9:00-dan 15:00-dək, iyunun 27-də 09:30-dan 15:00-dək, ertəsi gün isə saat 09:30-dan 18:30-dək evdən çıxmağa məhdudiyyətlər tətbiq olunacaq.
Rejim bütün ölkəni əhatə edəcək. Əvvəlcədən aldıqları biletləri qeyd olunan saatlara düşən şərnişinlərə xidmət göstəriləcək.