Ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar çimərliklərə qadağan qoyulduğu üçün hava ilə dolan rezin (şişmə) hovuzlara maraq artıb.
Milletinsesi.az xəbər verir ki, mövsümlə əlaqədar tələbat artan bu hovuzların qiymətində kəskin bahalaşma müşahidə edilir.
Əvvəllər kiçik ölçülü bu hovuzlar 20 manata təklif edilirdisə, hazırda qiymət 35-45 manat arası dəyişir. Böyük ölçülü rezin hovuzların qiymətində isə ötən illə müqayisədə artım daha çoxdur. Belə ki, 1500 manata təklif olunan hovuzların qiyməti 3500 manata qalxıb.