Başçı işdən çıxarıldı, satdığı obyekt söküldü

Paytaxtın Nizami rayonu ərazisində vətəndaşların istirahəti üçün yaradılmış abad həyətdə maddi qazanc məqsədiylə tikilən obyektin söküntüsünə başlanılıb.

“Millətin Səsi.az” Report-a istinadən xəbər verir ki, obyektdə söküntü işləri bu gün səhər saatlarından davam etdirilir. Hazırda söküntü işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, obyekt “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətin içərisində inşa edilib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovu vəzifəsindən azad edib.

Share: