Bakının Ziya Bünyadov prospektində, “Koroğlu” metrosu istiqamətində yeraltı yol ötürücüsünün işıqlarının sönməsinə səbəb tunelin elektrik şəbəkəsində yaranan texniki nasazlıqdır.
Bu sözləri Milletinsesi.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O, AAYDA əməkdaşlarının ərazidə iş apardığını, gün ərzində problemin aradan qaldırılacağını bildirib.
Qeyd edək ki, Bakının Ziya Bünyadov prospektində, “Koroğlu” metrosu istiqamətində yeraltı yol ötürücüsünün işıqları dünəndən etibarən yanmır.