Daha bir məhşur qalmaqallı toyda iştirak edib

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir məşhur şəxsin adı məlum olub.

Millətin  Səsi.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, keçmiş baş prokuror Zakir Qaralov da qonaqlar arasında olub.

Onun dəvət olunması Ramiz Mehdiyevlə yaxın qohumluq əlaqələrindən irəli gəlir. Belə ki, Zakir Qaralovun əslən Naxçıvandan olan həyat yoldaşı AMEA prezidenti ilə yaxın qohumdur.

Share: