ARB ölünü “dirildən” başçıdan süjet yaydı – Video

“ARB Xəbər”də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin Abdullayevlər ailəsinə məxsus “Kəpəz” kooperativini mənimsəməsi ilə bağlı videosüjet yayımlanıb.

Axar.az xəbər verir ki, videosüjetdə icra başçısının qanunsuz yollarla Abdullayevlər ailəsinin torpaq sahəsini özəlləşdirdiyi bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin Nəbi Mənsim oğlu Abdullayevə aid “Kəpəz” Korperativinin mülkiyyətini saxta sənədlər vasitəsilə ələ keçirməsi haqda məlumat yayılıb.

Ailə üzvləri bildiriblər ki, İcra Hakimiyyətinin bəzi saytlara verdiyi açıqlamada göstərilən sənədlər saxtadır. Belə ki, icra rəsmiləri məlumatda göstəriblər ki, Nəbi Allahverdiyev (şəxsin əsl ad-soyadı isə Nəbi Abdullayevdir) 2008-ci ildə Vergilər İdarəsinə gəlib, öz ərizəsi ilə müəssisənin fəaliyyətini dayandıraraq ləğv edib.

Ailə üzvləri bu sənədin yalan olduğunu, Nəbi Mənsim oğlunun soyadının Allahverdiyev deyil, Abdullayev olduğunu və onun 2007-ci ilin iyununda vəfat etdiyini bildiriblər.

Daha ətraflı videoda:

 

Share: