İranda daha 118 nəfər koronavirusun qurbanı olub.
“Mehr” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, İranda indiyə qədər ümumilikdə 22 901 nəfər pandemiyanın qurbanı olub.
Son sutkada daha 2 026 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 382 772-yə yüksəlib.
Məlumatda həmçinin 3 695 nəfərin ağır vəziyyətdə olduğu, 330 308 nəfərin isə sağaldığı vurğulanıb./report