Azərbaycan XİN husilərin Ərəbistanda mülki şəxs və obyektləri hədəf almasını pisləyir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) husilərin Ərəbistanda mülki şəxs və obyektləri hədəfə almasını pisləyib.

Milletinsesi.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

“Husi yaraqlılarının Səudiyyə Ərəbistanında mülki şəxsləri və mülki obyektləri hədəf alan davamlı cəhdlərini pisləyirik” – deyə paylaşımda bildirilir.

XİN, həmçinin qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyini qorumaq üçün gördüyü bütün tədbirləri dəstəkləyir.

Xatırladaq ki, bir neçə gün öncə Husi yaraqlıları Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına partlayıcı dron vasitəsilə zərbə endirməyə cəhd ediblər.

Share: