Yaponiyada hakim partiyanın yeni sədri seçilib

Yaponiyada hakim Liberal-Demokrat partiyasının yeni sədri seçilib.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, partiyanın qurultayı zamanı Nazirlər Kabinetinin hazırkı baş katibi Yosihide Suqa partiyanın yeni sədri olub.

Bu, ona Yaponiyanın yeni baş naziri olmağa imkan verəcək.

Qeyd edək ki, baş nazir Sindzo Abe bir müddət əvvəl sağlamlığı səbəbi ilə baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Sentyabrın 16-da Yaponiya parlamentində Y.Suqanın baş nazir seçilməsi ilə bağlı səsvermə keçiriləcək.

Share: